Ukrayna nümayəndə heyəti BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə görüşüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, danışıqlar Donald Trampla görüşündən sonra baş tutub.
"Bizim danışıqlar qrupumuzla Prezident Trampın danışıqlar qrupu arasında görüş keçirildi. Trampla müzakirə etdiyimiz bütün məsələlər barədə danışdıq", - Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün bir neçə həftə vaxt götürüb.