ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Sankt-Peterburqa səfər edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bnağlı TASS məlumat yayıb.
Bildirilib ki, Oslo şəhərindən uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Baltik dənizi üzərində Finlandiyanın nəzarətində olan dispetçer sektorundan Rusiya hava məkanına daxil olub.
Bundan əvvəl Reuters agentliyi ABŞ dövlət katibi Marko Rubionun açıqlamasına istinadən Stiv Uitkoffun Sankt-Peterburqa yola düşdüyünü xəbər verib.
Qeyd edək ki, ötən gün Norveçin paytaxtı Osloda Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti Stiv Uitkoff və Avropa ölkələrinin nümayəndələri ilə görüş keçirib.