Əsas məzmuna keç

Trampın gözlənilməz qərarı: Dünya Kuboku matçında olmayacaq

Trampın gözlənilməz qərarı: Dünya Kuboku matçında olmayacaq

FIFA Dünya Kubokunun açılış matçında Santyaqo Pena iştirak edəcək, lakin Ağ Ev rəhbəri stadionda olmayacaq. Marko Rubionun rəhbərlik etdiyi heyətdəki gərginlik nədən qaynaqlanır?

ru en

ABŞ Prezidenti Tramp 12 iyunda Los-Ancelesdə Paraqvayla keçiriləcək ABŞ milli komandasının açılış matçını izləməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məlumata görə, ABŞ ev sahibliyi FIFA Dünya çərçivəsində keçiriləcək oyuna prezidentin qatılmaması diqqət çəkən məqam kimi qiymətləndirilir.

Qeyd olunur ki, ABŞ, Meksika və Kanada ilə birlikdə dünyanın ən böyük idman turnirlərindən biri olan Dünya Kubokuna ev sahibliyi edir.

Paraqvay Prezidenti Santyaqo Pena isə iyunun 10-da Kaliforniyaya gedərək matçı stadiondan izləyəcəyini açıqlayıb.

Departamenti isə rəsmi nümayəndə heyətinə Marko Rubionun rəhbərlik edəcəyini bildirib.

Bildirilib ki, ABŞ administrasiyası turnir ərəfəsində bəzi diplomatik və təşkilati çətinliklərlə, o cümlədən viza məsələləri ilə üzləşib.

Xatırladaq ki, 48 komandanın iştirak etdiyi turnir iyunun 11-də start götürüb. Oyunlar ABŞ, Meksika və Kanadada ümumilikdə 16 şəhərdə keçirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…