Əsas məzmuna keç

Bakı və Kolombo dövlət xidmətləri sahəsində əməkdaşlığı rəsmiləşdirməyi planlaşdırır

Bakı və Kolombo dövlət xidmətləri sahəsində əməkdaşlığı rəsmiləşdirməyi planlaşdırır

Azərbaycan və Şri-Lanka dövlət xidmətlərinin göstərilməsi sisteminin modernləşdirilməsini və dövlət sektorunun innovasiyaları sahəsində əməkdaşlığın...

en ru

və Şri-Lanka dövlət xidmətlərinin göstərilməsi sisteminin modernləşdirilməsini və dövlət sektorunun innovasiyaları sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu imzalamaq niyyətindədir.

“Operativ Məlumat Mərkəzi-OMM” "newswire"a istinadən xəbər verir ki, Şri-Lankanın " xidmət" ilə Şri-Lankanın Dövlət İdarəetmə, Əyalət Şuraları və Yerli Özünüidarəetmə Nazirliyi arasında sazişin bağlanması haqqında təklifi təsdiqləyib.

Sənədin bu il noyabrın 5-6-da Azərbaycanda keçiriləcək BMT-nin dövlət qulluğunda innovasiyalar üzrə forumunun çərçivəsində imzalanacağı gözlənilir.

Memorandum dövlət xidmətlərinin modernləşdirilməsi sahəsində, o cümlədən təhsil proqramları, təcrübə keçmə və iki ölkə arasında təcrübə mübadiləsi vasitəsilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

Bundan əlavə, tərəflər dövlət xidmətlərinin göstərilməsinin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmləri yaratmaq, həmçinin işin nəticəliliyini artırmaq məqsədilə bu xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi prosedurlarını tətbiq etmək niyyətindədirlər.

Saziş üç il müddətinə nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…