Əsas məzmuna keç

"Trampın siyasəti dünyanı qütbləşdirir"

"Trampın siyasəti dünyanı qütbləşdirir"

"ABŞ Prezidenti Donald Trampın siyasəti dünyada qütbləşməyə səbəb olsa da, eyni zamanda üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alır". Bu...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"ABŞ Prezidenti Trampın siyasəti dünyada qütbləşməyə səbəb olsa da, eyni zamanda üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alır".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Prezidenti Aleksandr bildirib.

Lukaşenko qeyd edib ki, ABŞ Belarusun yerləşdiyi regionda olmasa da, Vaşinqtonun siyasəti dünya proseslərinə ciddi təsir göstərir.

Onun sözlərinə görə, Trampın siyasəti qütbləşdirir və əsaslı tənqidlərə səbəb olur.

Bununla belə, Belarus lideri hesab edir ki, Trampın ziddiyyətli addımları hələlik dünyanı nüvə xarakterli üçüncü dünya müharibəsindən qoruyur.

Lukaşenko iddia edib ki, Tramp avropalıların nüvə münaqişəsinə başlamasının qarşısını alıb və buna görə Nobel Sülh Mükafatına layiq görülməlidir.

Belarus Prezidenti Rusiya-Ukrayna münaqişəsinin mümkün qədər tez və sülh yolu ilə həllinin vacibliyini də vurğulayıb.

O bildirib ki, gərginliyin artırılmasına ehtiyac yoxdur və ilk növbədə tərəflər arasında atəşin dayandırılması barədə razılıq əldə edilməlidir.

"Biz ən azı bir sadə məsələ ilə bağlı razılığa gəlməliyik. Bir-birimizə atəş açmağı dayandırmalıyıq. Bu, Belarusun məsələsində mövqeyinin əsasını təşkil edir", - Lukaşenko bildirib.

Onun sözlərinə görə, münaqişə başlayandan bəri Belarus yarım milyon ukraynalını qəbul edib. Lukaşenko həmçinin Ukrayna müharibəsində Rusiyanın faktiki olaraq Qərbin böyük hissəsinə qarşı mübarizə apardığını və Minskdə bunun yaxşı bilindiyini söyləyib.

Belarus lideri Qərb ölkələrinin Rusiyadan gələn təhlükə ilə bağlı əhalini qorxutduğunu və 2030-cu ildə mümkün müharibəyə hazırlaşdıqlarını bəyan etdiklərini qeyd edib. O, Qərbin belə bir hərbi qarşıdurmanın miqyasını tam dərk etmədiyini iddia edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…