Əsas məzmuna keç

Lukaşenko sərhədi niyə gücləndirir? - Belarus-Ukrayna gərginliyi artır

Lukaşenko sərhədi niyə gücləndirir? - Belarus-Ukrayna gərginliyi artır

Aleksandr Lukaşenko cənub sərhədlərində təhlükəsizlik tədbirlərinin artırılacağını açıqlayıb. Bryansk insidentindən sonra Minsk rəsmi Kiyevlə bağlı hansı addımı atacaq?

ru en

Prezidenti Belarus-Ukrayna sərhədində vəziyyətin görünməmiş həddə çatdığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Lukaşenko bu barədə RİA Novosti agentliyinə açıqlamasında danışıb.

Onun sözlərinə görə, ölkənin cənub sərhədində vəziyyət son dərəcə gərgindir və bu istiqamətdə tədbirlərinin gücləndirilməsi zəruridir.

“Bəzi hərbçilərə verilən cavab budur: cənub sərhədini gücləndirilmiş təhlükəsizliklə qorumalıyıq, ya yox? Cavab budur: bəli. Xalq bizi öz hesabına yedizdirir ki, biz onları qoruya bilək”, - deyə Lukaşenko vurğulayıb.

Belarus lideri qeyd edib ki, ölkənin cənub sərhədi “əvvəllər heç vaxt olmadığı qədər yanır”.

Xatırladaq ki, Lukaşenko bundan əvvəl vilayətində belaruslu uşaqları daşıyan avtobusa hücum edən dronun Ukraynaya məxsus olduğunu bildirmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…