DİM sədri imtahanların nəticələri ilə tam razı deyil

DİM sədri imtahanların nəticələri ilə tam razı deyil
21.06.2023 11:50
Aa
dəq

"Məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə bilmərəm. Burada daha yaxşı nəticələr görmək istəyərdik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son üç il pandemiya dövrünə təsadüf etdiyindən müsbət istiqamətdə gedən dəyişikliklər qeydə alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb: "Amma bununla yanaşı dəyişmə sürəti yüksək olmasa da, müsbət tendensiyalar var. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili BB1 səviyyəsinə uyğun olaraq bilir. Bu proses daimi gedir".

"29 il ərzində aparılan anket sorğularının nəticəsinə görə təsdiq olunur ki, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır", - DİM sədri bildirib.

Həftənin ən çox oxunanları

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ

Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbin təmirdən sonra GÖRÜNTÜLƏRİ
DAVAMIN OXU davamın oxu

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək
DAVAMIN OXU davamın oxu

Üç kollecə direktor təyin olunub - SİYAHI

Üç kollecə direktor təyin olunub - SİYAHI
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
DAVAMIN OXU davamın oxu

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu