Əsas məzmuna keç

Təmayül tədris modeli daha 90 məktəbdə tətbiq olunacaq

Təmayül tədris modeli daha 90 məktəbdə tətbiq olunacaq

Təmayül tədris modeli tətbiq olunan məktəblərin əhatə dairəsi genişləndiriləcək. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA)...

en ru

Təmayül modeli tətbiq olunan məktəblərin əhatə dairəsi genişləndiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi İctimai Televiziyada yayımlanan "Pressinq" verlişində deyib.

Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq olunan məktəblərin bəziləri yenidən yaradılıb:

"Həmin məktəblərin nəticələrini nəinki əvvəlki illərlə müqayisə etdikdə, eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, mənada fərqləndiyini görürük. Bütün bu nəticələrə, müsbət dəyişikliklərə və göstəricilərə əsasən layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar vermişik".

E. Bağırov əlavə edib ki, qısa müddət ərzində daha 90 məktəbin bu layihəyə qoşulması qərarlaşdırılıb:

"16 minə yaxın valideyn müraciəti qeydə alınıb. Artıq həmin məktəblərdə tədris prosesinə də start vermişik. Ümid edirik ki, növbəti tədris ilinin sonunda həmin məktəblər üzrə də yüksək nəticələrlə həm valideynləri, həm də ictimaiyyəti sevindirəcəyik".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…