Əsas məzmuna keç

Çində medal qazanan Azərbaycan gimnastları Bakıya qayıdıblar

Çində medal qazanan Azərbaycan gimnastları Bakıya qayıdıblar
— Foto: idman.biz

Azərbaycan təmsilçiləri Nankində keçirilən gənclər arasında dünya çempionatı və Dünya Yaş Qrupları Yarışlarında üç medal qazanıblar. Gimnastlar noyabrın 17-də Vətənə dönüblər.

en ru

Çinin Nankin şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən gənclər arasında dünya çempionatı və Dünya Yaş Qrupları Yarışlarının mükafatçıları Bakıya qayıdıblar. təmsilçiləri noyabrın 17-də Vətənə dönüblər.

İdmançılarımız yarışlarda ümumilikdə üç medal qazanıblar: bir gümüş və iki bürünc.

Gənclər arasında dünya çempionatında Ammar Baxşəliyev batut gimnastikası üzrə fərdi proqramda 55,450 xal toplayaraq bürünc medal əldə edib. Bu, Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatının fərdi proqramında qazanılan ilk medal olub.

Dünya Yaş Qrupları Yarışlarında Bilal Qurbanov tamblinq üzrə 17–21 yaş kateqoriyasında 27 xalla gümüş medala sahib çıxıb. Batut gimnastikasının 13–14 yaş kateqoriyasındakı sinxron proqramında çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı isə 46,160 xalla bürünc medal qazanıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…