Əsas məzmuna keç

Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

Yastıpəncəli şəxslər hansı hallarda hərbi xidmətə aparılmır?

“Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, tibbi qiymətləndirmə zamanı yastıayaqlı şəxsdə ayaq tağının hündürlüyü 17 mm-dən az olduqda (III...

en ru

“Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən, tibbi qiymətləndirmə zamanı yastıayaqlı şəxsdə ayaq tağının hündürlüyü 17 mm-dən az olduqda (III dərəcə yastıayaqlılıq) müvafiq şərtlərə uyğun olaraq çağırışçı hərbi xidmətə yararsız hesab edilir”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu TV-də canlı yayımlanan “Sosial saat”verilişində Dövlət və Ekspertiza Agentliyinin Çağırışçıların tibbi qiymətləndirilməsi departamentinin müdir müavini Günel Məmmədova izləyicilərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə barəsində məlumatlar daxil edilmiş çağırışçının Agentlikdə yekun tibbi müayinəsinin keçirilməsi üçün altsistem tərəfindən avtomatik tarix müəyyən edilir və ona bu barədə məlumat verilir.

Tibbi qiymətləndirmə nəticəsində qəbul edilən yekun qərarla çağırışçı “mygov” portalındakı şəxsi kabineti vasitəsilə tanış ola bilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…