20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İraq yığması ilə yoxlama matçında üz-üzə gələcək. Rui Jorjenin çalışdırdığı komanda noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olub, hazırlığını hazırda Bakıda davam etdirir.
Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Komandalar noyabrın 20-də daha bir yoxlama oyunu keçirəcəklər. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq matç saat 16:00-da start götürəcək.