Əsas məzmuna keç

Gürcüstandan avtomobil gətirmək bahalaşır – Yeni ödəniş qüvvəyə minir

Gürcüstandan avtomobil gətirmək bahalaşır – Yeni ödəniş qüvvəyə minir

Gürcüstanın Gəlirlər Xidməti ölkədən avtomobillərin təkrar ixracına (re-export) 450 lari (təqribən 295 AZN) məbləğində rüsum müəyyən edib. Bu barədə qərar...

en ru

Gürcüstanın Gəlirlər Xidməti ölkədən avtomobillərin ixracına (re-export) 450 lari (təqribən 295 ) məbləğində rüsum müəyyən edib.

“Operativ Məlumat Mərkəzi-OMM”ölkənin yerli “Jnews” portalına istinadən xəbər verir ki, bu barədə qərar noyabrın 16-dan qüvvəyə minib.

Bildirilib ki, indiyədək təkrar ixrac prosedurunun gömrük rəsmiləşdirilməsi üçün ödəniş Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində həyata keçirilirdi və təxminən 600 lari (təqribən 394 AZN) təşkil edirdi. İndi isə bu məbləğdən əlavə olaraq 450 lari də ödənilməlidir.

Məlumata görə, hazırda Gürcüstandan avtomobillərin təkrar ixracında azalma müşahidə edilir. Belə ki, 2026-cı ilin ilk 9 ayı ərzində ümumi dəyəri 1,5 milyard dollar olan 63 141 təkrar ixrac məqsədilə xarici ölkələrə göndərilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 475 milyon dollar və ya 24% azalıb. Avtomobil ixracının azalması əsas satış bazarlarına – Qırğızıstan, Qazaxıstan, və Tacikistana avtomobil göndərilməsinin azalması ilə əlaqələndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…