Azərbaycanın U-20 millisi hazırlıq prosesi çərçivəsində İraq yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Qarşılaşmalar təlim-məşq toplanışının ikinci mərhələsində baş tutacaq.
İlk görüş noyabrın 17-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq. Matç “CBC Sport” telekanalında canlı yayımlanacaq.
Komandalar noyabrın 20-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda da üz-üzə gələcəklər. Qarşılaşma saat 16:00-da başlayacaq və kanalın rəsmi YouTube səhifəsində canlı yayımlanacaq.
Noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycan millisi hazırlığın ikinci mərhələsini noyabrın 16-dan etibarən Bakıda davam etdirəcək.
Kontekst
Noyabrın 8-də açıqlanan plana əsasən, U-20 millisi hazırlığın ilk mərhələsini noyabrın 9-dan 15-dək Qəbələdə, ikinci mərhələsini isə noyabrın 16-dan 21-dək Bakıda keçirməli idi.