Əsas məzmuna keç

Ciddədə üçtərəfli saziş imzalayacaqlar

Ciddədə üçtərəfli saziş imzalayacaqlar

Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib. Regionda hərbi əməkdaşlığı gücləndirəcək tarixi sənədin detalları və tərəflərin gözləntiləri bəlli oldu.

en ru

Türkiyə, bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində üçtərəfli sazişi imzalayacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, saziş üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədin Ciddədə keçiriləcək görüş çərçivəsində imzalanacağı qeyd olunub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib bu gün birgünlük işgüzar səfər məqsədilə Səudiyyə Ərəbistanına yollanıb.

Son dövrdə Pakistan ABŞ-İran arasında yaranmış gərginliyin aradan qaldırılması istiqamətində vasitəçilik təşəbbüsləri ilə çıxış edib.

Türkiyə isə atəşkəsin əldə olunması üçün diplomatik fəaliyyətini davam etdirib.

Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı hələ 2025-ci ildə ortaq müdafiə sazişi imzalayacaqlarını bəyan etmişdilər.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…