Əsas məzmuna keç

Ceyhun Bayramovla Özbəkistan xarici işlər naziri arasında telefon danışığı aparıb

Ceyhun Bayramovla Özbəkistan xarici işlər naziri arasında telefon danışığı aparıb

Baxtiyor Saidovla təmasda Naxçıvana İranın dron hücumları pislənilib. Diplomat beynəlxalq hüququn pozulması və rəsmi Tehranın izahatı barədə mühüm faktlar açıqladı.

en ru

5 mart tarixində Respublikasının naziri Baxtiyor Saidov Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, zamanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

Nazir qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…