“Barselona”nın hücumçusu Lamin Yamal France Football nəşrinin versiyasına görə mövsümün ən yaxşı gənc oyunçusu seçilib. İspaniyalı futbolçu bu mükafatı ardıcıl üçüncü dəfə qazanıb.
Yamal səsvermədə “Barselona”dan Pau Kubarsini, “Leypsiq” və “Real”da çıxış edən Yan Diomandeni, “Bavariya”nın futbolçusu Lennart Karlı, “Bornmut”dan Eli Krupini, “Frayburq” və “Aston Villa”da oynayan Yoan Manzambini, eləcə də PSJ-nin üzvü Uorren Zair-Emerini qabaqlayıb.
2025/26 mövsümündə Yamal İspaniya millisi ilə dünya çempionu olub, “Barselona” ilə isə La Liqanın qalibi adını qazanıb.