Əsas məzmuna keç

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Bakı Nəqliyyat Agentliyi Binəqədi şosesindəki tıxac problemini həll etmək üçün yeni sxem tətbiq edir. Sürücülər üçün nələr dəyişdi? Təfərrüatlar burada.

en ru

Bakının Binəqədi qəsəbəsi istiqamətində yaranan sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.

Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.

Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…