Əsas məzmuna keç

Binəqədi rayonunda yol hərəkətinin təşkili dəyişdirilir

Binəqədi rayonunda yol hərəkətinin təşkili dəyişdirilir

Bakının Binəqədi rayonunda nəqliyyat axını yenidən tənzimlənir. Sürücüləri hansı dəyişikliklər gözləyir və tıxacların qarşısı necə alınacaq? Ətraflı oxuyun.

en ru

Hazırda Binəqədi şosesinin yolu və Mustafayev küçəsi ilə kəsişmələrində, xüsusilə günün pik saatlarında sıxlığı və buraxıcılıq qabiliyyətinin aşağı olması müşahidə edilir.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yol hərəkətinin təşkilində dəyişiklik olunur. Layihə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılaraq qəbul olunub.

Həyata keçirilən layihə çərçivəsində yol nişanları və nişanlanma xətləri vasitəsilə hərəkətin kanallaşdırılması aparılacaq. Kəsişmələrdə hərəkət zolaqlarının artırılması, eləcə də Əttarlar küçəsindən yalnız sağa hərəkətin təşkili nəzərdə tutulur. Bu, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və münaqişəli nöqtələrinin minumuma endirilməsinə xidmət edir.

Eyni zamanda, işıqfor rejiminin optimallaşdırılması ilə əsas hərəkət istiqaməti üzrə yaşıl faza uzadılacaq. Bu da nəqliyyat axınının daha səmərəli və fasiləsiz hərəkətini təmin edəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…