Əsas məzmuna keç

NİİM Hövsan yolundakı tıxacla bağlı sürücülərə müraciət etdi

NİİM Hövsan yolundakı tıxacla bağlı sürücülərə müraciət etdi

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın Hövsan şosesində yaranan sıxlıqla bağlı açıqlama yayıb. Alternativ yollar və hərəkət qaydaları haqda oxuyun.

ru en

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gün Suraxanı rayonu, Hövsan (MİDA) yolunda yaşanan sıxlığa münasibət bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, NİİM-in İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun sözlərinə görə, müşahidə kameralarının qeydə aldığı görüntülərdən də göründüyü kimi, bir qisim sürücü alternativ yol kimi istifadə etdikləri bu yolda əks zolağa çıxaraq qarşıdan gələn vasitələrinin hərəkətini çətinləşdirib.

O bildirib ki, eyni zamanda irəlidə yolayrıcında bəzi sürücülərin qaydalara əməl etməməsi süni sıxlığının yaranmasına səbəb olub: “Nəticədə Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi, “Kənd Hövsan” istiqamətlərində nəqliyyatın hərəkəti bir müddət dayanıb. əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yaranan xaotik vəziyyət aradan qaldırılıb”.

Ömər Xıdırov qeyd edib ki, bu cür halların baş verməməsi üçün sürücülər yalnız qaydalarına əməl etməklə kifayətlənməməli, digər hərəkət iştirakçılarına da hörmətlə yanaşmalıdırlar: “Yollarda hər hansısa səbəbdən məhdudiyyət tətbiq edilə, aparıla və ya yol nəqliyyat hadisələri baş verə bilər. Belə hallarda nəqliyyat sıxlığının yaranması təbiidir. Lakin təəssüf ki, bəzi sürücülərin “Mən keçim, qalanı gözləsin” düşüncəsi ilə əks istiqamətdə hərəkət zolağına çıxması, qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olması və yolayrıcında növbəni pozaraq irəli keçməsi yaranmış sıxlığın müddətini daha da artırır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…