Əsas məzmuna keç

Binəqədi rayonunda avtomobil yolu tam məhdudlaşdırılır

Binəqədi rayonunda avtomobil yolu tam məhdudlaşdırılır

Binəqədi rayonu ərazisində aparılan təmir işləri səbəbindən avtomobil nəqliyyatının hərəkəti dayandırılır. Sürücülər üçün alternativ marşrutlar açıqlanıb.

en ru

Bakının Binəqədi rayonu ərazisində, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində ilə əlaqədar sentyabrın 4-də saat 20:00-dan etibarən vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə şəhər Dövlət İdarəsindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan ərazidə aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq və həmin müddət ərzində DYP əməkdaşları tərəfindən təhlükəsizliyi ilə əlaqədar tənzimləmə işləri həyata keçiriləcək.

"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarını yaranacaq müvəqqəti məhdudiyyətə anlayışla yanaşmağa və yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilmiş qaydalara riayət etməyə çağırır", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…