İngiltərə millisinin hücumçusu Harri Keyn Millətlər Liqasında İspaniya üzərində qazandıqları 3:2 hesablı qələbəni dəyərləndirib. ESPN Keynin açıqlamasını yayıb.
Keyn bildirib ki, hazırda İngiltərə və İspaniya ardıcıl olaraq ən yaxşı komandalar sırasındadır, lakin bunu sübut etməyə davam etmək lazımdır. Onun sözlərinə görə, İngiltərə oyunda böyük istək nümayiş etdirib və rəqib qapısı qarşısında soyuqqanlı olub.
“Biz oyuna belə fiziki güc, temp və intensivliklə başlayacağımız təqdirdə heç bir komandanın bizi dayandıra bilməyəcəyini bilirdik”, – deyə Keyn bildirib.
Hücumçu qeyd edib ki, İngiltərə ardıcıl 40-dan çox matçda qalib gəlmiş komanda ilə qarşılaşıb və bu, üzləşə biləcəkləri ən çətin səfər sınağı olub. Keyn komandasının oyunda tam üstünlük qurduğunu deyib.
“Qırmızı vərəqə olmasaydı, düşünürəm ki, daha böyük hesabla qalib gələrdik”, – deyə Keyn əlavə edib.