Azərbaycanda son illər baş verən cinayətlərin sayında azalma müşahidə olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun 108-ci ildönümü və prokurorluq əməkdaşlarına peşə bayramı ilə bağlı Baş Prokurorluqda keçirilən tədbirdə deyib.
K.Əliyev qeyd edib ki, keçmişdə qalan cinayətlərin üstünün açılmasında prokurorluq orqanları Daxili İşlər və Ədliyyə nazirlikləri ilə, Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə fəaliyyətlər icra edib.
Baş prokuror ölkə üzrə son illərdə baş verən cinayətlərin sayında azalma qeydə alındığını vurğulayıb:
"Ölkədə əmin-amanlığın təmin olunmasında prokurorluq orqanları əməkdaşlarının böyük rolu var. Burada ağır və az ağır cinayətlərin sayında statistik baxsan xeyli sayda azalma müşahidə olunur. Eyni zamanda, 2026-cı ildə uzun illər əvvəl baş verən cinayətlərin 9-nun üstünün açılması təmin edilib".