Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Baş prokuror Xankəndidə vətəndaşları qəbul etdi

2 dəq
Paylaş:
Baş prokuror Xankəndidə vətəndaşları qəbul etdi

Xankəndi şəhər prokurorluğunun inzibati binasında Xankəndi şəhər, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayonlarından olan vətəndaşları qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumat yayıb.

Qəbulda iştirak etmiş 16 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax