Bakı Metropoliteninin Nəsimi rayonunda, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiya “20 Sentyabr” adlandırılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərar Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunduğu 20 sentyabr 2023-cü il tarixinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Stansiyanın bu adlandırılması Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçiriləcək.
Bakıda yeni metro stansiyasının adı məlum olub
Nəsimi rayonunda inşa olunan stansiyaya tarixi zəfərimizin şərəfinə ad verilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Cəlil Məmmədquluzadə küçəsindəki obyektin rəsmi adı açıqlandı.
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Bakıda yeni park salınır
Növbəti xəbər yüklənir…