Əsas məzmuna keç

Bakıda yağış tıxaca səbəb oldu - NİİM son vəziyyəti açıqladı

Bakıda yağış tıxaca səbəb oldu - NİİM son vəziyyəti açıqladı

Paytaxtda yağıntılı hava hərəkəti çətinləşdirib. Ziya Bünyadov, Tbilisi prospektləri və 20 Yanvarda son durum necədir? Yol polisindən sürücülərə mühüm xəbərdarlıq...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bakıda davam edən yağıntılı səbəbindən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib və ciddi sıxlıq yaranıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlıq yaranan yollarda hərəkət intensivliyinin artırılması, sıxlığın azaldılması, həmçinin yollarda təhlükəsizlik tədbirləri məqsədilə zəruri işlər görülür.

Hazırda Bakı yollarındakı son vəziyyət və sıxlıq müşahidə olunan ərazilər:

  1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" istiqamətində;
  2. Alı Mustafayev küçəsi, Ziya prospekti istiqamətində;
  3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
  4. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "20 Yanvar" metro stansiyası istiqamətində;
  5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
  6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
  7. prospekti, köməkçi yol, mərkəz istiqamətində;
  8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
  9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
  10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
  11. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
  12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
  13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  14. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
  15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
  16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
  17. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
  18. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

"Sürücülərə sürət həddinə əməl edilməsi, düzgün ara məsafəsi saxlaması və piyadalara qarşı diqqətli olmaları tövsiyə edilir", - məlumatda qeyd olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…