Əsas məzmuna keç

Bakı metrosunda intervallar qısaldılır

Bakı metrosunda intervallar qısaldılır

Sentyabrın 15-dən etibarən sərnişin sıxlığını azaltmaq üçün qatarların hərəkət qrafiki dəyişir. Qırmızı, Yaşıl və Bənövşəyi xətlərdə gözləmə vaxtı azalacaq.

en ru

"Bakı Metropoliteni" QSC-də texniki optimallaşdırma tədbirləri, monitorinqlər və sınaqlar nəticəsində qatarlararası intervallar minimuma endirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Qırmızı üzrə sentyabrın 15-dən etibarən "İçərişəhər–Əhmədli" mənzilində pik saatlarda 2 dəqiqəlik intervalla hərəkət edəcək.

Yaşıl xətt üzrə zərurət yarandıqda 3 dəqiqə 30 saniyədən 3 dəqiqəyə qədər azaldılacaq.

Bənövşəyi xətt üzrə payız-qış qrafikinə keçidlə "Avtovağzal–8 Noyabr" sahəsində 5 dəqiqə, "Xocəsən–Avtovağzal" sahəsində isə 10 dəqiqəlik interval tətbiq olunur.

Yeni tədris ilində bütün xətlər üzrə sərnişin axını nəzarətdə saxlanılacaq, ehtiyac olduqda əlavə tənzimləmələr aparılacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…