Əsas məzmuna keç

Sərnişinlərə MÜJDƏ: Bu metrostansiyalarda GEDİŞHAQQI PULSUZ OLDU

Sərnişinlərə MÜJDƏ: Bu metrostansiyalarda GEDİŞHAQQI PULSUZ OLDU

qərar xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və şəhərdə nəqliyyat axınlarının daha səmərəli...

en ru

Bu gündən etibarən Bakı Metropoliteninin “” və “” stansiyalarına giriş müvəqqəti olaraq pulsuzdur. Bu stansiyalardan metroya daxil olan “8 Noyabr”la yanaşı, “Memar Əcəmi” stansiyasından keçməklə Yaşıl xətt üzrə bir sıra stansiyalara da ödəniş etmədən gedə biləcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərar xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və şəhərdə axınlarının daha səmərəli təşkil olunması məqsədi daşıyır.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, səhər saatlarından etibarən “Xocəsən” və “Avtovağzal” stansiyalarında sərnişin artımı müşahidə olunur.

Bəxtiyar Məmmədov: “Xətlərin ayrılması və yeni stansiyaların inşası 2026-cı ildə aktiv fazaya keçəcək” — TodayPress.tv

Onun sözlərinə görə, hər iki stansiyadan daxil olan sərnişinlər yalnız Bənövşəyi xətt üzrə “8 Noyabr” stansiyasına deyil, “Memar Əcəmi” stansiyasından keçməklə Dərnəgül və Nizami istiqamətində yerləşən bütün stansiyalara da ödənişsiz gedə bilərlər.

Metroda sərnişin artımına hazırlıq görülür

Bəxtiyar Məmmədov qeyd edib ki, Bakı Metropoliteni sərnişin sayının artmasına hazırdır.

Mətbuat katibi bildirib ki, hazırda Bənövşəyi xətt üzrə 35-40 faiz, Yaşıl xətt üzrə isə 50 faiz və daha çox sərnişin azalması müşahidə edilir.

Bunun əksinə olaraq, yerüstü nəqliyyatda tıxacların və sərnişin axınının artdığı qeyd olunur.

AYNA da müəyyən avtobus marşrutlarını bu istiqamətə yönləndirdiyi üçün səhər saatlarından sərnişin artımı hiss olunur”, – deyə Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, xüsusilə “20 Yanvar” və “Şamaxinka” kimi tanınan ərazilərdə nəqliyyat axınının tənzimlənməsi baxımından bu addımın təsiri ola bilər.

Şamaxinka

Sərnişinlər hansı metro stansiyalarına pulsuz gedə biləcək?

Yeni imkanlardan Abşeron və Qaradağ rayonlarının bir sıra ərazilərindən gələn sərnişinlərin “20 Yanvar” və “Şamaxinka” ərazilərinə daxil olmadan metrodan istifadə etməsi üçün yararlanılması nəzərdə tutulur.

Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq - Operativ Media

“Xocəsən” və “Avtovağzal” stansiyalarından metroya daxil olan sərnişinlər aşağıdakı stansiyalara qədər ödənişsiz hərəkət edə biləcəklər:

  • “8 Noyabr”;
  • “Dərnəgül”;
  • “Azadlıq prospekti”;
  • “Nəsimi”;
  • “Memar Əcəmi”;
  • “20 Yanvar”;
  • “İnşaatçılar”;
  • “Elmlər Akademiyası”;
  • “Nizami”.

Pulsuz giriş yalnız bir ay olmayacaq

Bəxtiyar Məmmədov yayılan məlumatlardan birinə də aydınlıq gətirib.

Mətbuat katibi bildirib ki, tədbirin yalnız bir ay müddətində tətbiq ediləcəyi barədə məlumat doğru deyil.

Onun sözlərinə görə, qərarın daha uzunmüddətli tətbiqinin effektiv olub-olmadığı öyrəniləcək və nəticələrə uyğun olaraq zəruri addımlar atılacaq.

Bakı Metropoliteni – paytaxtın yeraltı polad magistralı

Bunun daha uzunmüddətli olması üçün effektiv təsirlər hər birisi xüsusi qaydada öyrəniləcək, zəruri addımlar atılacaq”, – deyə o bildirib.

Metroda intervallar azaldıla bilər

Mətbuat katibinin sözlərinə görə, sərnişin axınındakı dəyişikliklərdən asılı olaraq Bənövşəyi və Yaşıl xətlərdə əlavə tənzimləmə tədbirlərinə də baxılacaq.

Buraya qatarlararası intervalların azaldılması kimi tədbirlər də daxildir.

Eyni zamanda, nəqliyyatın mərkəzləşdirilmiş idarə olunması çərçivəsində aparılan monitorinqlər və sosial-iqtisadi təhlillər əsasında bir sıra avtobus marşrutlarının birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndirilməsi nəzərdə tutulur.

Bakı metrosu iyun-iyul aylarında 20 milyona yaxın sərnişin daşıyıb

Bu addımların məqsədi sərnişinlərin şəhərin giriş istiqamətlərindən mərkəzə hərəkəti üçün alternativ imkanları artırmaq, yerüstü nəqliyyatda yaranan sıxlığı azaltmaq və sərnişin axınını metro ilə digər vasitələri arasında daha səmərəli bölüşdürməkdir.

Bakı Metropolitenindən bildirilib ki, görülən tədbirlər Yaşıl və Bənövşəyi xətlərlə Qırmızı xətt arasında daha rahat alternativ hərəkət imkanlarının yaradılmasına, həmçinin xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişin axınının daha səmərəli təşkilinə xidmət edəcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…