Əsas məzmuna keç

BƏƏ-dən İranla bağlı mühüm bəyanat

BƏƏ-dən İranla bağlı mühüm bəyanat

Birləşmiş Ərəb Əmirlikləri İran əleyhinə hərbi əməliyyatlarda öz hava məkanı və ərazisindən istifadə olunmasına qadağa qoyub.

en ru

Birləşmiş Əmirlikləri () İrana qarşı həyata keçirilə biləcək hər hansı hərbi hücumda öz hava məkanından, ərazisindən və ya ərazi sularından istifadəyə icazə verməyəcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda bildirilir.

Nazirliyin bəyanatında rəsmi Əbu-Dabinin hərbi gərginliyin artırılmasına qarşı olduğu və regionda sülhün qorunmasına tərəfdar çıxdığı vurğulanıb.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, gərginliyin azaldılması və dövlət suverenliyinə hörmət münaqişələrin tənzimlənməsi üçün ən effektiv yoldur.

Qeyd edək ki, bir müddət əvvəl İranın ali rəhbəri ayətullah Əli Xameneinin tərəfindən gözlənilən mümkün zərbə riski səbəbindən Tehrandakı yeraltı bunkerdə sığındığı barədə məlumatlar yayılmışdı. Bu qərarın ordunun və təhlükəsizlik xidmətlərinin yüksək rütbəli nümayəndələrinin xəbərdarlıqlarından sonra qəbul edildiyi bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…