Əsas məzmuna keç

BƏƏ İranın hücumlarını pislədi

BƏƏ İranın hücumlarını pislədi

Birləşmiş Ərəb Əmirlikləri Tehranın bölgədəki hərbi təxribatlarına sərt reaksiya verib. Rəsmi Əbu-Dabi gərginliyin azaldılması üçün hansı addımları tələb edir?

ru en

Əmirlikləri () İranın Bəhreyn, Küveyt və İordaniyaya raket hücumlarını və pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri qətiyyətlə pisləyib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” BƏƏ-nin Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi bəyanatına istinadən xəbər verir.

XİN-in bəyanatında deyilir ki, bu, "üç qardaş dövlətin suverenliyinin kobud şəkildə pozulmasıdır və onların təhlükəsizliyi və sabitliyinə birbaşa təhdid yaradır.

BƏƏ zərər çəkmiş ölkələrlə tam həmrəyliyini bildirib və onların öz maraqlarının müdafiəsi üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bəyan edib.

Bəyanatda həmçinin qeyd olunub ki, Yaxın Şərqdə davam edən gərginlik fonunda Əbu-Dabi regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə dəyişməz sadiqliyini bir daha təsdiqləyir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…