Əsas məzmuna keç

BƏƏ-də saxta partlayış videoları yayan 10 əcnəbi saxlanıldı

BƏƏ-də saxta partlayış videoları yayan 10 əcnəbi saxlanıldı

Birləşmiş Ərəb Əmirliklərində süni intellektlə uydurma görüntülər yayan Banqladeş, Misir və Hindistan vətəndaşları həbs edildi. Prokurorluğun sərt qərarı və detallar...

ru en

Birləşmiş Əmirliklərində () süni intellektin köməyi ilə sosial şəbəkələrdə saxta videolar yayan 10 vətəndaş saxlanılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı BƏƏ-nin WAM agentliyi yayıb.

Saxlanılan şəxslər arasında Banqladeş, Vyetnam, Misir, Hindistan, İran və digər ölkələrin vətəndaşları var. BƏƏ-nin baş prokuroru Həməd Səif Əl-Şəmsi müxtəlif millətlərdən olan bu 10 təqsirləndirilən şəxsin həbs edilməsi üçün göstəriş verib.

Məlumata görə, bu şəxslər sosial şəbəkələrdə çaşdırıcı və saxta məzmunlu videolar dərc etdiklərinə görə təcili olaraq məhkəməyə göndəriliblər. Qeyd olunur ki, həmin videolarda BƏƏ-nin hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi, obyektlərin vurulması, həmçinin saxta partlayışlar və yanğın kadrları yer alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…