Əsas məzmuna keç

Çin və BƏƏ birgə hərbi təlimlərə başlayır: “Şahin qalxanı - 2026”

Çin və BƏƏ birgə hərbi təlimlərə başlayır: “Şahin qalxanı - 2026”

Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) avqust-sentyabr aylarında genişmiqyaslı hava təlimləri keçirməyi planlaşdırır.

en ru

və Birləşmiş Əmirlikləri () hərbi əməkdaşlıq çərçivəsində birgə təlimləri keçirməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Çin Müdafiə Nazirliyinin məlumatına görə, “Şahin – 2026” adlı təlimlər avqustun ikinci yarısından sentyabrın ortalarına qədər davam edəcək.

Hərbi manevrlərin keçirilməsi üçün məkan olaraq Çinin Sincan-Uyğur Muxtar Rayonunun Xotan qəzası seçilib.

Təlim proqramına əsasən, hər iki ölkənin hərbi hava qüvvələri intensiv uçuş hazırlıqları keçirəcək və müxtəlif taktiki tapşırıqları yerinə yetirəcəklər.

Rəsmi açıqlamada bildirilir ki, təlimlər Çin və BƏƏ arasında praktiki hərbi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Eyni zamanda, manevrlərin əsas məqsədlərindən biri iştirakçı bölmələrin texniki və taktiki hazırlıq səviyyəsini artırmaq, həmçinin birgə fəaliyyət imkanlarını inkişaf etdirməkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…