Əsas məzmuna keç

Azərbaycan xüsusi təyinatlıları Pakistanda birgə təlim keçdi

Azərbaycan xüsusi təyinatlıları Pakistanda birgə təlim keçdi

Azərbaycan və Pakistan hərbçiləri birgə taktiki manevrlər icra edib. İki ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən təlimin detalları.

en ru

Hərbi Dəniz Qüvvələrinin () bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən "Birgə xüsusi əməliyyat qüvvələri təlimində" iştirak edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan və Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər.

​Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə uyğunlaşdırılması, eləcə də antiterror əməliyyatları zamanı qarşılıqlı fəaliyyətin uzlaşdırılmasının təmin olunması məqsədilə keçirilib.

Azərbaycanı təmsil edən HDQ-nin hərbi qulluqçuları təlimin planına uyğun olaraq pakistanlı hərbçilərlə qarşılıqlı uzlaşma şəraitində qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə və yüksək peşəkarlıqla yerinə yetiriblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar verilib, xatirə şəkilləri çəkdirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…