Əsas məzmuna keç

Azərbaycan neftinin qiymətində artım qeydə alınıb

Azərbaycan neftinin qiymətində artım qeydə alınıb

Dünya birjalarında "Azeri Light" markalı xam neftin dəyəri yüksəlib. London və Nyu-York hərraclarının nəticələrinə əsasən, barrelin qiyməti bahalaşıb.

en ru

Dünya bazarında "Azeri Light" markalı neftinin bir barelinin qiyməti 1,82 dolları və ya 1,62 % artaraq 114,14 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumat verib.

Hərracların son nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin dəyəri 111,71 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin bir barelinin qiyməti isə 1,85 ABŞ dolları və ya 1,68 % bahalaşaraq 111,82 ABŞ dollarına yüksəlib.

Qeyd edək ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi ərzində ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 ABŞ dolları) qeydə alınıb. Sözügedən neft markası "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…