Əsas məzmuna keç

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zəngəzura 386 milyon manat vəsait qoyub

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zəngəzura 386 milyon manat vəsait qoyub

Maliyyə Nazirliyi bərpa işlərinə ayrılan büdcənin detallarını yaydı. Yol, mənzil tikintisi və minalardan təmizləməyə sərf olunan rəsmi məbləğlərlə tanış olun.

en ru

Bu ilin I rübündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ( və Şərqi Zəngəzur iqtisadi rayonları) yenidən qurulması və bərpası məqsədilə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 11 %-i qədər və yaxud 386,2 istifadə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsaitin 355,2 milyon infrastruktur təyinatlı layihələrin ( yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28 milyon manat), 10,7 milyon manatı səhiyyə və mədəniyyət yönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi üzrə xərclərə yönəldilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…