Azad olunmuş ərazilərdə təşviqatın aparılması üçün açıq və qapalı yerlər ayrılıb

Azad olunmuş ərazilərdə təşviqatın aparılması üçün açıq və qapalı yerlər ayrılıb
07.08.2024 12:05
Aa
dəq

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədlərin azad edilən ərazilərdə seçicilərlə görüşü ilə əlaqədar ümumilikdə 25 təşviqat yerləri ayrılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna müvafiq olaraq namizədlər üçün 14 açıq tipli yer, 11 qapalı tipli yer ayrılıb.

Belə ki, Xankəndi və Şuşa şəhərlərində təşviqat üçün bir açıq və bir qapalı, Laçın rayonunda altı açıq və altı qapalı, Zəngilan rayonunda iki açıq və bir qapalı, Ağdam rayonunda iki açıq və bir qapalı, Cəbrayıl rayonunda bir qapalı və bir açıq, Kəlbəcər rayonunda isə bir açıq yer ayrılıb.

Təşviqat üçün ayrılan açıq və qapalı yerlərin siyahısı ilə tanış olmaq üçün bu keçidə daxil ola bilərsiniz.

Xatırladaq ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Həftənin ən çox oxunanları

Mehriban Əliyeva Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Raman Saleyi təbrik edib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva İlham Zəkiyevi təbrik edib
DAVAMIN OXU davamın oxu

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb

Ədliyyə Nazirliyinin səlahiyyəti azaldılıb
DAVAMIN OXU davamın oxu

Prezident fərman İMZALADI

Prezident fərman İMZALADI
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ

Mehriban Əliyeva Orxan Aslanovu TƏBRİK ETDİ
DAVAMIN OXU davamın oxu