Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıdakı Zəfər Parkını ziyarət edib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.