“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Ağdam klubunun heyətində Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib.
Yubiley qarşılaşması Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a qarşı baş tutub. Oyun “Qarabağ”ın meydanında keçirilib.
Məhəmmədəliyev 2016/17 mövsümündə “Qarabağ”ın heyətində Azərbaycan çempionatında debüt edib. O, 11 mövsüm ərzində keçirdiyi 100 oyunda 54 qol buraxıb.
Şahrudin Məhəmmədəliyev Azərbaycan çempionatları tarixində eyni komandanın heyətində 100 və daha çox oyun keçirən 218-ci futbolçu olub. “Qarabağ” yubiley matçında “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.