Əsas məzmuna keç

Avstriya millisi İordaniyanı məğlub edib

Avstriya millisi İordaniyanı məğlub edib

Dünya çempionatının J qrupunda Romano Şmid və Marko Arnautoviçin qolları Avstriya seçməsinə qələbə qazandırdı. İordaniya yığması avtoqol səbəbindən uduzdu.

en ru

Futbol üzrə dünya çempionatında J qrupunun növbəti oyunu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Avstriya millisi İordaniya yığması ilə üz-üzə gəlib. Qarşılaşma Avstriya komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı 21-ci dəqiqədə Şmid açıb. İordaniya yığması fasilədən sonra Ali İyad Olvanın qolu ilə tarazlığı bərpa etsə də, 76-cı dəqiqədə Yazan Əl-Ərəb avtoqola imza ataraq komandasını çətin vəziyyətə salıb. Matçın sonlarında isə Arnautoviç penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…