Əsas məzmuna keç

ABŞ və İsrail İsfahanı vurdu: 11 nəfər həlak olub

ABŞ və İsrail İsfahanı vurdu: 11 nəfər həlak olub

İranın 8 şəhərinə hücum: İsfahanda can itkisi var. Ali rəhbər Əli Xameneinin ölümü təsdiqləndi, SEPAH qisas əməliyyatına başladı. Bölgədəki son vəziyyətin detalları...

en ru

və İsrail İranın İsfahan şəhərində istehsalat sexi və atçılıq klubuna zərbələr endirib.

“Operativ Məlumat Mərkəzi-OMM”"Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İsfahan vilayət rəhbərinin təhlükəsizlik üzrə müavini məlumat yayıb.

O bildirib ki, zərbə nəticəsində 11 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Rəsminin sözlərinə görə, yeni zərbə dalğasında İranın səkkiz şəhərinə hücum təşkil edilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail hava zərbələri ilə İrana qarşı hərbi əməliyyata başlayıb. Hücum nəticəsində İranın ali rəhbəri Əli Xamenei həmin gün səhər öldürülüb, lakin İranda bu məlumat yalnız martın 1-də təsdiqlənib. İslam İnqilabı Keşikçiləri Korpusu () İsraildəki obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyanat verib. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazaları zərbələrə məruz qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…