Əsas məzmuna keç

SEPAH İsrailin hərbi bazalarına zərbələr endirib

SEPAH İsrailin hərbi bazalarına zərbələr endirib

İran tərəfi bu addımın ölkənin radar sistemlərinə edilən hücumlara cavab olduğunu bəyan edib.

en ru

İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" () İsrailin "Nevatim" və "Tel Nof" hərbi hava bazalarına qarşı cavab tədbirləri çərçivəsində hücumlar həyata keçirdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı İranın yarı-rəsmi "Fars" xəbər agentliyi yayıb.

Rəsmi Tehranın yaydığı açıqlamaya görə, bu hərbi əməliyyat İsrailin İran ərazisindəki qurğularına endirdiyi zərbələrə cavab xarakteri daşıyır.

SEPAH rəsmiləri bildiriblər ki, həyata keçirilən hücumlar ölkənin təhlükəsizliyinə qarşı atılan addımların qarşılığını vermək məqsədi güdür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…