Əsas məzmuna keç

"ABŞ tezliklə Kuba ilə razılığa gələcək və ya lazım olanı edəcək" - Trampdan HƏDƏ

"ABŞ tezliklə Kuba ilə razılığa gələcək və ya lazım olanı edəcək" - Trampdan HƏDƏ

Donald Tramp Vaşinqtonun Havana ilə yeni saziş imzalamaq niyyətini açıqladı. Ağ Ev rəhbəri İran planından sonra hansı addımı atacaq? Danışıqların detalları...

en ru

Prezidenti bildirib ki, Vaşinqton ilə “tezliklə” müqavilə bağlaya bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbəti zamanı bildirib.

Tramp qeyd edib ki, əgər razılaşma əldə olunmasa, ABŞ Kuba ilə bağlı “etməli olduğu işi” görəcək.

“Kuba razılaşma istəyir və düşünürəm ki, ya tezliklə razılaşma əldə edəcəyik, ya da etməli olduğumuz işi görəcəyik”, – deyə o bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton və Havana artıq danışıqlar aparır. Onun sözlərinə görə, hazırda Yaxın Şərqdəki vəziyyət ABŞ üçün prioritet olaraq qalır və İrandakı hərbi əməliyyat başa çatdıqdan sonra Ağ Evin diqqəti Kubaya yönələcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…