Əsas məzmuna keç

ABŞ-nin İrana zərbələri nəticəsində 7 hərbçi öldü

ABŞ-nin İrana zərbələri nəticəsində 7 hərbçi öldü

Kirmanşah və Lavan adasında SEPAH-ın Aerokosmik Qüvvələri ilə Bəsic üzvlərinin ölümü regionda gərginliyi pik həddə çatdırıb. ABŞ-nin hücumuna İran necə cavab verdi?

en ru

ABŞ-nin İranın qərbində yerləşən Kirmanşah əyalətinə endirdiyi zərbələr nəticəsində 4 İran hərbçisi həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, həlak olan hərbçilər SEPAH-ın Aerokosmik Qüvvələrində xidmət ediblər.

ABŞ-nin Lavan adasına endirdiyi zərbələr nəticəsində İranın "" yarımhərbi qüvvələrinin 3 üzvü də həlak olub.

Agentlik hücum nəticəsində bir neçə "Bəsic" üzvünün yaralandığını, lakin yaralıların sayının dəqiqləşdirilmədiyini bildirib.

Sentyabrın 2-nə keçən gecə İran ərazisindəki hədəflərə yeni genişmiqyaslı zərbələr endirib. Hörmüzqan əyalətinin Sirik şəhərində toy mərasiminin keçirildiyi yaşayış evinin atəşə tutulması nəticəsində 5 nəfər, o cümlədən bir uşaq həlak olub, təxminən 70 nəfər yaralanıb.

İran buna cavab olaraq Yaxın Şərqin bir neçə ölkəsində yerləşən ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…