Əsas məzmuna keç

SEPAH ABŞ və İsrailə xəbərdarlıq etdi: Müharibə genişlənəcək

SEPAH ABŞ və İsrailə xəbərdarlıq etdi: Müharibə genişlənəcək

İnqilab Keşikçiləri Korpusu rəsmi Tehranın hələ bütün hərbi gücündən istifadə etmədiyini açıqladı. Təcavüz təkrar olunarsa, sarsıdıcı zərbələr endiriləcək!

en ru

İran İnqilab Keşikçiləri Korpusu () İrana qarşı mümkün yeni hücumların ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, İrana qarşı yenidən təkrarlanarsa, müharibə bu dəfə region sərhədlərini aşacaq.

“Əgər İrana qarşı təcavüz təkrarlanarsa, vəd edilmiş regional müharibə bu dəfə regiondan kənara çıxarılacaq”, - deyə açıqlamada vurğulanıb.

SEPAH həmçinin bildirib ki, İran və İsrailə qarşı bütün imkanlarından hələ istifadə etməyib.

Qurum düşmənlərin gözləmədiyi məkanlarda “sarsıdıcı zərbələr” endiriləcəyi ilə bağlı xəbərdarlıq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…