Əsas məzmuna keç

ABŞ-də edam cəhdindən sağ çıxan Krista Payk xəstəxanada ayıldı

ABŞ-də edam cəhdindən sağ çıxan Krista Payk xəstəxanada ayıldı

Pentobarbitalın iki dozası vurulmasına baxmayaraq sağ qalan Krista Payk xəstəxanada günlərlə huşsuz vəziyyətdə müalicə alıb. Vəkilləri onun ayılıb danışdığını bildiriblər.

en ru

ABŞ-nin Tennessi ştatında edam cəzası icra edilərkən ölümcül pentobarbital preparatının iki dozası vurulmasına baxmayaraq sağ qalan Krista Payk (Christa Pike) xəstəxanada intensiv müalicədən sonra komadan ayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, tibb mütəxəssisləri və hüquqşünaslar zəhərli maddənin orqanizmə yeridilməsindən sonra ölüm hökmü çıxarılan məhbusun sağ kalması faktını dünya təcrübəsində analoqu olmayan tibbi hal kimi qiymətləndiriblər.

Paykın vəkilləri məhkumun qollarında ciddi toxuma zədələnmələrinin olduğunu və bərpa prosesinin uzun sürəcəyini bəyan ediblər.

Ağır insidentlə əlaqədar Tennessi ştatının qubernatoru Bill Li ilin sonunadək ştat ərazisində bütün edam hökmlərinin icrasının müvəqqəti dayandırıldığını bəyan edib. Eyni zamanda, ştatın Penitensiar Xidmətinin rəhbərinin istefaya göndəriləcəyi bildirilib.

Rəsmi qurumlar uğursuz edam cəhdindən sonra məhkumun barəsində tətbiq olunacaq növbəti hüquqi prosedurlar və cəzanın icrası ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…