Əsas məzmuna keç

ABŞ neft qiymətləri üzrə proqnozlarını yüksəltdi

ABŞ neft qiymətləri üzrə proqnozlarını yüksəltdi

EIA Yaxın Şərqdəki təchizat kəsintilərinin qlobal ehtiyatları azaltması və dizel bazarındakı sıxlığın qiymətləri yüksək saxlaması səbəbindən neft qiyməti proqnozlarını artırıb. Brent markalı neftin 2027-ci ildə də əvvəlki proqnozdan baha olacağı gözlənilir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İnformasiya Administrasiyası (EIA) oktyabr ayı üzrə “Qısamüddətli Enerji Görünüşü” hesabatını dərc edib. Sənəddə Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginlik və təchizat zəncirindəki aksamalar fonunda qlobal neft qiymətlərinə dair proqnozlar yuxarı yönümlü dəqiqləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hesabatda "Brent" markalı xam neftin bir barelinin orta qiymətinin sentyabrda 114 dollara yüksəldiyi diqqətə çatdırılır. Qurum cari ilin dördüncü rübündə "Brent" neftinin spot qiymətinin orta hesabla 105 dollar olacağını təxmin edir ki, bu da ötən ayın göstəricisindən 14 dollar yüksəkdir.

EIA-nın proqnozlarına görə, 2026-cı il üzrə "Brent" neftinin illik orta qiyməti bir barel üçün 96,32 dollar, "West Texas Intermediate" (WTI) markalı neftin qiyməti isə 88,21 dollar səviyyəsində gözlənilir. Administrasiya 2027-ci il üçün də qiymət gözləntilərini artıraraq "Brent" üzrə 83,74 dollar, WTI üzrə isə 79,74 dollar proqnozlaşdırıb.

Analitiklər bildirirlər ki, Yaxın Şərqdəki hasilat məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları üçüncü rübdə gündəlik orta hesabla 1,9 milyon barel, dördüncü rübdə isə 700 min barel azalıb. Regionda kəsintilər səbəbindən hasil olunmayan neftin həcmi may ayında gündəlik 10,9 milyon barel təşkil etdiyi halda, sentyabrda 4,8 milyon barelə qədər geriləyib.

Bununla yanaşı, EIA 2027-ci ildən etibarən Yaxın Şərqdə hasilatın bərpası və alternativ nəqletmə marşrutlarının işə düşməsi ilə qiymətlərin sabitləşəcəyini ehtimal edir. Qlobal neft hasilatının bu il gündəlik 101,09 milyon barel olacağı, 2027-ci ildə isə 8,5 milyon barel artaraq 109,55 milyon barelə çatacağı proqnozlaşdırılır. Birləşmiş Ştatlarda isə xam neft hasilatının gələn il gündəlik 14,3 milyon barelə yüksələcəyi gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…