Əsas məzmuna keç

350 metrlik nəhəng platforma İstanbul Boğazından keçirildi

350 metrlik nəhəng platforma İstanbul Boğazından keçirildi

İtaliyadan Rumıniyaya aparılan 350 metrlik nəhəng konstruksiyanın keçidi zamanı İstanbul Boğazında dəniz nəqliyyatı müvəqqəti olaraq məhdudlaşdırılıb.

en ru

İtaliyadan Rumıniyaya hərəkət edən sondaj platforması İstanbul Boğazına daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ümumi uzunluğu 350 metr olan platforma “PACIFIC DUCHESS” adlı Liberiya bayraqlı yedək gəmisi tərəfindən çəkilir.

Məlumata görə, platformanın keçidi zamanı İstanbul Boğazında təhlükəsizlik tədbirləri gücləndirilib. Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsinə (KEGM) məxsus yedək gəmiləri də proses boyunca əməliyyata cəlb olunaraq müşayiət funksiyasını yerinə yetirir.

Bildirilib ki, nəhəng konstruksiyanın boğazdan təhlükəsiz keçidini təmin etmək məqsədilə İstanbul Boğazında gəmi hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb.

Qeyd olunub ki, bu cür iri həcmli keçidləri zamanı təhlükəsizlik prosedurlarına ciddi riayət olunması və hərəkətin nəzarət altında aparılması beynəlxalq dənizçilik qaydalarına uyğun həyata keçirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…