Operativ Məlumat Mərkəzi

Monqolustanın valyuta ehtiyatları tarixi maksimuma çatıb

1 dəq
Paylaş:
Monqolustanın valyuta ehtiyatları tarixi maksimuma çatıb

Monqolustanın valyuta ehtiyatları 5 milyard dolları keçib. Bu da ölkə tarixində maksimuma çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mərkəzi məlumat yayıb.

"2024-cü ilin mart ayının ortalarına qədər ölkəmizin valyuta ehtiyatları misli görünməmiş 5 016,3 milyon səviyyəsinə çatdı. Cari ilin əvvəlindən bank sistemi vasitəsilə xarici valyutanın artan axını və xarici ticarət balansının qorunması səbəbindən valyuta ehtiyatları 1,9% və ya 95 milyon dollar artıb".

Onun sözlərinə görə, valyuta ehtiyatlarının bu qədər artması ölkənin kredit reytinqinə müsbət təsir göstərəcək, özəl sektorun maliyyə fəaliyyətini dəstəkləyəcək, əhalinin milli valyutaya inamını möhkəmləndirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax