Monqolustanın valyuta ehtiyatları 5 milyard dolları keçib. Bu da ölkə tarixində tarixi maksimuma çevrilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Monqolustan Mərkəzi Bankı məlumat yayıb.
"2024-cü ilin mart ayının ortalarına qədər ölkəmizin valyuta ehtiyatları misli görünməmiş 5 016,3 milyon dollar səviyyəsinə çatdı. Cari ilin əvvəlindən bank sistemi vasitəsilə xarici valyutanın artan axını və müsbət xarici ticarət balansının qorunması səbəbindən valyuta ehtiyatları 1,9% və ya 95 milyon dollar artıb".
Onun sözlərinə görə, valyuta ehtiyatlarının bu qədər artması ölkənin kredit reytinqinə müsbət təsir göstərəcək, özəl sektorun maliyyə fəaliyyətini dəstəkləyəcək, əhalinin milli valyutaya inamını möhkəmləndirəcək.