Əsas məzmuna keç

ABŞ-nin dövlət borcu tarixi rekordunu yeniləyib: 40 trilyon dolları keçdi

ABŞ-nin dövlət borcu tarixi rekordunu yeniləyib: 40 trilyon dolları keçdi

ABŞ Maliyyə Nazirliyinin açıqladığı son məlumatlara əsasən, ölkənin ümumi dövlət borcu ilk dəfə olaraq 40 trilyon dollar həddini aşıb.

en ru

ABŞ-nin dövlət tarixdə ilk dəfə 40 həddini keçərək rekord səviyyəyə çatıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ Nazirliyinin son məlumatına əsasən, avqustun 18-nə ölkənin ümumi dövlət borcu 40 trilyon 47 milyard dollar təşkil edib.

Bu məbləğin 32 trilyon 265 milyard dollarını ictimaiyyət qarşısında olan borc, 7 trilyon 781 milyard dollarını isə hökumətdaxili borclar təşkil edir.

ABŞ-ın dövlət borcu 2022-ci ilin əvvəlində 30 trilyon dolları keçmişdi. Beləliklə, 5 ildən az müddətdə ölkənin borc yükü təxminən 10 trilyon dollar artıb. İlin əvvəlində isə ümumi borc 38,4 trilyon dollar səviyyəsində olub.

Maliyyə analitikləri ABŞ-nin borc yükünün sürətlə artmasını bir neçə əsas amillə əlaqələndirirlər.

COVID-19 pandemiyası dövründə iqtisadiyyatı dəstəkləmək məqsədilə həyata keçirilən genişmiqyaslı stimullaşdırıcı proqramlar dövlət xərclərini əhəmiyyətli dərəcədə artırıb.

Bundan əlavə, yüksək faiz dərəcələri borcun xidmət xərclərini yüksəldərək büdcəyə əlavə yük yaradıb. Vergi endirimləri isə dövlət gəlirlərinin azalmasına və büdcə kəsirinin genişlənməsinə təsir edən amillər sırasında göstərilir.

borcunun artım tempi ölkənin uzunmüddətli maliyyə dayanıqlılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…