Əsas məzmuna keç

ABŞ-ın dövlət borcu İrana qarşı əməliyyatların başlanmasından sonra 406,5 milyard dollar artıb

ABŞ-ın dövlət borcu İrana qarşı əməliyyatların başlanmasından sonra 406,5 milyard dollar artıb

ABŞ Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, fevralın 28-dən etibarən ölkənin milli borcunda ciddi artım qeydə alınıb.

en ru

İrana qarşı hərbi əməliyyatların icrası və ardından tətbiq olunan blokadası dövründə ABŞ-ın milli 406,5 milyard dollardan çox artıb. Bu barədə Maliyyə Nazirliyi rəsmi məlumat yayıb.

Xatırladaq ki, ABŞ və İsrail qüvvələri fevralın 28-də İrandakı hədəflərə qarşı zərbələr endirməyə başlamış, tərəflər aprelin 8-də atəşkəs razılığına gəlmişdilər.

Nazirliyin statistikasına görə, əməliyyatların başlamasından bir gün əvvəl – fevralın 27-də ABŞ-ın dövlət borcu 38 769 milyard 805 milyon dollar təşkil edirdi. Mayın 30-na olan məlumata əsasən isə bu rəqəm 39 trilyon 176 milyard 301 milyon dollara yüksəlib.

Beləliklə, aktiv döyüş əməliyyatları və İranın dəniz blokadası ilə müşayiət olunan üç aylıq müddət ərzində ABŞ-ın ümumi dövlət borcunda 406,5 milyard dollarlıq artım müşahidə olunub.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…